Sumqayıtda Vətən müharibəsi iştirakçıları ziyarət ediliblər. Bu haqda 14 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər veririk.
1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) kollektivi tibb ocağının ərazisində yaşayan Elçin İsgəndərov və Fərid Ağamalıyevin evlərində olublar. Onların ailə üzvlərini bayram münasibətilə təbrik edib, sovqatlar veriblər.