Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Şəhər Xəstəxanasında elmi-praktik seminar baş tutub. Bu barədə 5 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Psixiatr, dr. İlhamə Müslümova tərəfindən keçirilən təlim “Şizofreniya” mövzusunu əhatə edib. Burada təfəkkür düşüncə və emosional reaksiyaların pozulması ilə xarakterizə edilən xəstəliyin etipatogenezi və əlamətləri haqqında geniş məlumat verilib.
Seminarda adıçəkilən xəstəxananın poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva və tibb müəssisəsinin həkim heyəti iştirak ediblər. [modula id="29791"]