Sumqayıtda yerləşən tibb müəssisələrinə fevral ayında olan müraciətlərin sayı açıqlanıb. Bu haqda Sumqayıt24 bu gün, 9 mart tarixində Tibb Mərkəzinin Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ay ərzində 100.045, yanvar ayında isə 87.043 müraciət qeydə alınıb. Müəssisələr Sumqayıt Tibb Mərkəzinin tabeliyindədir.