Sumqayıtda fəaliyyət göstərən xəstəxanalarda oksigen təchizatı və onun istifadəsinin qiymətləndirilməsi həyata keçirilib. Sumqayıt24 bu haqda TƏBİB-in rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Yoxlamalar Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində təşkil olunub. Missiya zamanı xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, reanimasiya şöbələrində isə oksigen müalicəsinin tətbiqi qiymətləndirilir.
Ehtiyaclar müəyyənləşdirildikdən sonra xəstəxanalara dəstək imkanları, həmçinin milli təlimatların hazırlanması müzakirə ediləcək.
Qeyd olunub ki, COVID-19 pandemiyası oksigen təchizatı və istifadəsinin vacibliyini önə çıxarıb.