Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) seminar keçirilib. Bu haqda 10 dekabr tarixində Sumqayıt Tibb Mərkəzi (STM) xəbər yayıb.
Maarifləndirici görüşdə tibb müəssisələrinin baş tibb bacıları iştirak ediblər. 4 nömrəli Şəhər Xəstəxanasının tibb bacısı Rəqsanə Rzayeva “Tibbi alətlərin dezinfeksiyası və sterilizasiyası" mövzusunda təqdimatla cıxış edib.
Qeyd edək ki, tədbirdə STM-in Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dr. Dünya Hüseynova və TTYX-nin baş həkiminin müavini Mirnazir Muxtarov da iştirak ediblər.