Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında ürəyindən əməliyyat olunan sakinlərin sayı açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 4 may tarixində xəbər verir.
Məlumata görə, 1 aprel 2021 – 1 aprel 2022-ci il tarixləri aralığında sözügedən göndərişlər əsasında, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində 59 nəfərin ürək damarlarına stent qoyulub.
Ödənişsiz həmin əməliyyatı keçirən 69 yaşlı Sumqayıt sakini Nadir Əliyev: “Hazırda özümü gümrah hiss edirəm. Öz peşə fəaliyyətimi davam etdirirəm”.