Sumqayıtda qida sahəsində monitorinq təşkil olunub. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentliyin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı nöqsan tapılıb. Belə ki, 17-ci mikrorayon ərazisində fəaliyyət göstərən “İmran” marketində Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib.
Qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər görülüb.