Sumqayıtda fəaliyyət göstərən marketdə yanğın baş verib. Sumqayıt24 bu haqda 16 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 22 kv.m olan birmərtəbəli obyektin yanar konstruksiyaları 5 kv.m sahədə, 1 ədəd kondisioner və qismən əşyalar yanıb. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb. Marketin qalan hissəsi mühafizə olunub.