top
“Tin uşaqları” qrupunun rəhbəri: “Şou-biznes heç vaxt mənə maraqlı olmayıb” - ÖZƏL MÜSAHİBƏ
06 mart 2025, 08:00
- ↺ +

“Tin uşaqları” qrupunun rəhbəri: “Şou-biznes heç vaxt mənə maraqlı olmayıb” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə bu günə qədər bir çox musiqi qrupu fəaliyyət göstərib. Lakin bir zamanlar dəbdə olan musiqi qruplarının çoxu zaman keçdikcə dağılmağa, öz populyarlığını itirməyə başlayıb.

Bu qruplardan biri də “Tin uşaqları”dır.

Sumqayit24.az–ın əməkdaşı “Tin uşaqları”nın rəhbəri, hamının Sədi kimi tanıdığı Sədrəddin Cəfərov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Sədrəddin bəy, öncə müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Necəsiniz, işləriniz necə gedir?

- Diqqətiniz üçün təşəkkür edirəm. İşlərim qaydasındadır. Hər şey yaxşı gedir.

- Özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Mən Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıtda inşaatçılar qəsəbəsində uşaqlıq illərim keçib. Hazırda Volqoqradda yaşayıram.

- -Qrup üzvlərindən hazırda kimlərlə əlaqəniz var?

- Qrup üzvlərindən İlqar Əkbər ilə daim əlaqəm olub.

- Hazırda fəaliyyətinizi davam etdirirsinizmi?

- Hazırda arada musiqi, bəzən də şeir yazıram. Bakıda yazdığım ən son mahnı Azad Azərbaycan radiosunda yayımlanır. Adı da “Son görüş”dür.

- Yeni qrup yaratmaq fikriniz olub?

- “Tin uşaqları”nda qrup rəhbəri idim. Lakin artıq qrup yoxdur. Yeni qrup yaratmaq fikrim də yoxdur. Solo ifa edirəm.

- Sizcə indi şou-biznesdə vəziyyət nə yerdədir? Sizi qane edirmi?

- Şou-biznes heç vaxt mənə maraqlı olmayıb.

- İfaçılardan kimləri bəyənirsiniz? Dinlədikləriniz varmı?

- İfaçılardan Röya Ayxanı, Brilyant Dadaşovanı dinləyirəm. Bir də rəhmətlik Aygün Bəylərin ifalarını dinləyirdim.

- Gənclərə nə tövsiyə edərdiniz?

- Gənclərə can sağlığı, pis işlərdən uzaq olmağı arzu edirəm. Vətənə və valideynlərə sevgiləri, Allaha da inamları hər zaman olsun. İndiki cavanlar əsas sözlərini 44 günlük müharibədə deyiblər. “Hərbi həkimlər” haqqında söz və musiqisi mənə məxsus mahnı yazmışam.

- Sizcə, yaxşı sənətkar necə olmalıdır?

- Yaxşı sənətçi tarix üçün yaşamalıdır. Bu təkcə musiqiçilərə aid deyil. Digər sahələrdə çalışan insanlar da bunu düşünməlidir.

- Sumqayıt xatirələrinizdən, bu şəhərlə bağlı ifanızdan danışardınız

- Sumqayıt mənim doğma diyarımdır. Bəlkə də yeganə insanam ki, şəhərin adına mahnı yazmışam. Söz və musiqi də mənə məxsusdur. Bu mahnıda da Maestro Ceyhunun və dağlı Faiqin mənə aranjimanda təmənnasız dəstəyi olub. Hər ikisi əslən sumqayıtlıdır.

Nəzrin Vahid

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər