Bu gün Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” kimi də tanınır.
Torpaq çərşənbəsində uşağa beşik düzəldirlər, şamı yarımçıq söndürmürlər, ürəyində niyyət tutub yuxuya gedirlər.
Torpaqla bağlı bir neçə atalar sözü var: “Torpaqla əlləşən xoşbəxtliklə qarşılaşar”, “Sular hərəkətlidir, torpaq bərəkətlidir”, “Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör”, “Torpaqla oynayan ac qalmaz”, “Torpaqdan pay olmaz”.
Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir.