Sumqayıtda 82 yaşlı koronavirus xəstəsi toya gəlib. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Məlumata görə, həmin şəxs Masallı rayon sakini Hamil Bəşirovdur. Onun COVID-19 testinin nəticəsi pozitiv olduğuna baxmayaraq o, “Xanədan” şadlıq sarayına gəlib və burada polis əməkdaşları tərəfindən saxlanılıb.
Bəşirov yaşadığı ünvana qaytarılıb. Onun barəsində araşdırma aparılır.