Sumqayıt sakinləri Türkiyədən sifariş verərkən pulsuz “kuryer sifarişi” xidmətindən yararlana biləcəklər. Bu haqda “Run Express” MMC bu gün, 23 dekabr tarixində məlumat yayıb.
Bunun üçün şəhər sakinləri Runex.az saytında hesablarına daxil olaraq, ”Kuryer sifarişi” bölməsinə keçid etməlidirlər. Bundan sonra ”Rayon, ünvan, telefon” bölmələri doldurulmalı, “Kuryer Sifariş et” düyməsi kliklənməlidir. Nəticədə, bağlamalar ödənişsiz təhvil veriləcək.