Türkiyənin ölkəmizdəki səfiri Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib. Bu haqda 14 iyul tarixində Report.az-a istinadən xəbər veririk.
Cahit Baxçı, şəhidliyi ilə Vətən müharibəsinin başlanmasına zəmin yaradan qəhrəman generalı anıb və Azərbaycan xalqına başsağlığı verib:
“Səmayə anaya, qardaşı, bacısı, yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan ordusuna və millətinə baş və cansağlığı arzulayıram”.