Sumqayıtda xarici vətəndaş intihar edib. Sumqayıt24 bu haqda 11 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Məlumata görə, Xəzər dənizinin sahilində kişi meyiti tapılıb. Onun 24 yaşlı Türkiyə vətəndaşı Şahin Vahid Nahid olduğu müəyyən edilib. Gəncin özünü dənizə atdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.