Sumqayıtlı tələbə Türkiyədə dağıntılar altında qalıb. Sumqayıt24-ə bu haqda 6 fevral tarixində məlumat verilib.
Bu gün səhər saatlarında Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Mindən çox ölən və minlərlə yaralanan var. Sumqayıt sakini Hümam İsmayıllı da Malatyada dağıntılar altında qalıb. Ondan hələlik xəbər yoxdur. Axtarışlar davam edir.
Məlumata görə, o, Texniki və Təbiət Elmləri Liseyində oxuyub, ali təhsilini isə İnönü Üniversitetində alır.