Türkiyənin media nümayəndəsi Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı məqalə dərc edib. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
“Ak Gazete” adlı xəbər portalında təhsil ocağının 60 illik yubileyindən bəhs edilib. Yarım əsrdən çox fəaliyyət dövrü ərzində görülən işlərdən, tələbələr üçün yaradılmış şəraitdən, savadlı professor-müəllim heyətindən məlumat verilib.
Qeyd olunub ki, SDU müxtəlif proqramlar çərçivəsində qardaş türk universitetləri ilə əməkdaşlıq edir, beynəlxalq əlaqələrini uğurla yürüdür.