Sumqayıtda üç bacının başına tükürpərdici olay gəlib. Bu haqda 30 iyun tarixində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Məlumata görə uşaqlar, analarının sevgilisi tərəfindən döyülüb. Bu səbəbdən, bacılar qohumları tərəfindən Uşaq Sığınacağına yerləşdirilib. Faktla bağlı 12 iyun tarixində, 4-cü Polis Bölməsində təhqiqat başlanılıb.
Qeyd olunur ki, uşaqların anası və onun sevgilisi narkotik aludəçisidirlər. [modula id="17663"]