“Uğur yolu” müsabiqəsinin qalibləri Sumqayıt Kimya Sənaye Parkında olublar. Bu haqda AZƏRTAC bu gün, 5 mart tarixində xəbər verir.
Karyera İnkişaf Proqramının qaliblərinə sənaye zonalarında sahibkarlar üçün yaradılan investisiya mühiti, rezidentlər üçün tətbiq edilən güzəştlər barədə məlumat verilib. Həmçinin, qaliblər İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.