Sumqayıtda “Uğurlu biznes strategiyası” mövzusunda təlim keçiriləcək. Bu haqda KOB İnkişaf Mərkəzi (KOBİM) məlumat yayıb.
17 fevral, saat 10:00-da başlayacaq ödənişsiz təlimdə, mərkəzin təlimçi-eksperti Nizami Məmmədli aşağıdakı mövzulardan danışacaq:
- Biznes ideyalarının formalaşması;
- Bazarın öyrənilməsi;
- Düzgün komandanın formalaşdırılması;
- Gəlir və xərc planlarının tərtib olunması.
İştirak etmək üçün (055) 209-30-75 nömrəsi ilə əlaqə saxlamaq və ya
[email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.