Sumqayıtda “Uğurlu biznes strategiyası” mövzusunda təlim təşkil olunub. Bu haqda KOB İnkişaf Mərkəzi bu gün, 18 fevral tarixində xəbər yayıb.
Maarifləndirmə məqsədi daşıyan təlim mərkəzin eksperti tərəfindən keçirilib. Burada iştirak etmiş 6 nəfər sahibkara biznes mühitinin araşdırılması, GZİT təhlilinin aparılması, satış və marketinq strategiyalarının qurulması barədə məlumat verilib.
Qeyd edək ki, KOBİM Heydər Əliyev pr. 36-cı məhəllədə (Mərkəz Plaza 5-ci mərtəbə) yerləşir və bütün xidmətlər ödənişsiz olaraq həyata keçirilir.