Sumqayıt Kiçik və Orta Biznesin İnkişafı Mərkəzində (KOBİM) “Uğurlu biznes strategiyası” mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 15 aprel tarixində mərkəzə istinadən xəbər veririk.
Məlumata əsasən, təlimdə biznes ideyaların formalaşdırılması, satış və marketinq planının müəyyən edilməsi, ilkin kapitalın təmin edilmə yolları və müştəri ehtiyacının düzgün müəyyənləşdirilməsi barədə məlumat verilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.