Sumqayıt Gənclər evində “Karyera qərarlarının düzgün verilməsi və uğurlu gələcəyin ilkin addımları” mövzusunda təlim keçiriləcək. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində SGE-nə istinadən xəbər verir.
Məlumata əsasən, seminar 16 mart saat 14:00-da baş tutacaq. Təlimçi qismində şüuraltı master Səbinə İbrahimli iştirak edəcək. Görüşə qoşulmaq istəyən şəxslər linkə daxil ola bilərlər.