Sumqayıtda “Ulu Öndər Heydər Əliyev irsinin təbliği” mövzusunda dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda bu gün, 9 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
İcra hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi görüş Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə çıxış edən icra başçısının müavini Ülviyyə Müzəffərova, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, şəhid atası, Veteranlar Şurasının sədri Sovet Şükürov, əməkdar müəllim, “Şöhrət” ordenli Ofelya Babayeva və digərləri Heydər Əliyevin ölkənin inkişafı üçün gördüyü işlərdən danışıblar.