SDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Sumqayıt24 bu barədə 10 dekabr tarixində xəbər verir.
Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda Heydər Əliyevin zəngin həyat yolu, fəaliyyəti və təhsilə verdiyi yüksək dəyərdən bəhs edilib. Tələbələr də çıxış edərək dahi şəxsiyyətin liderlik xüsusiyyətlərindən, xalqına məhəbbətindən, gənclərə olan diqqət və qayğısından danışıblar.