Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Sumqayıt24 bu barədə 9 iyul tarixində Fhn.gov.az-a istinadən xəbər verir.
Hadisə 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 150 kv.m olan mağazada qeydə alınıb. Nəticədə 2 ədəd soyuducu, piştaxtaya yığılan ərzaq malları 10 kv.m sahədə və tavan 15 kv.m sahədə yanıb.
Yanğından mühafizə bölmələri tərəfindən alovun qarşısı alınıb. Mağazanın qalan hissəsi mühafizə olunub.