Universiteti qırmızı diplomla bitirən şəhidimizin qorelyefi onun yaşadığı evin qarşısında qoyulub. Bu haqda Report-a istinadən xəbər veririk.
Vətən müharibəsi şəhidi İlkin Məmmədzadə 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olmuş İlkin, 27 sentyabr 2020-ci ildə başlayan müharibəyə yollanıb.
Döyüşlər zamanı 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxaran Baş leytenant, 7 oktyabr tarixində Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə şəhidlik zirvəsinə ucalıb.
İlkin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və "Rəşadət" ordeni ilə təltif olunub.