Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında ürək qüsurundan əməliyyat olunan körpələrin sayı açıqlanıb. Bu haqda bu gün, 22 aprel tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, 1 aprel 2021- 1 aprel 2022 il aralığında 17 anadangəlmə ürək qüsurundan əziyyət çəkən körpə əməliyyat olunub. Əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində aparılıb.