Sumqayıtda "Zəfər bizimdir" adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində xəbər verir.
Zəfər Gününə həsr olunan tədbir Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutub. Şənlik Dövlət Himni ilə açıq elan olunub. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi və Zəfər Gününün təsis edilməsi haqqında geniş məlumat qonaqların diqqətinə çatdırılıb. Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri ilə davam edib.