Sumqayıtda “Biz qayıtdıq, Şuşa” adlı tədbir keçirilib. Bu haqda bu gün, 24 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, konset Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbində təşkil edilib. Tədbir rəsm sərgisinin nümayişi ilə başlayıb.
Konsert zamanı "Heyratı" zərb muğamı, Ü. Hacıbəyovun "Arazbarı", İ. Yusifqızının ifasında "Sən mənimsən Qarabağ", Əkbər Əkbərovun ifasında "Qarabağ Şikəstəsi", Ü. Hacıbəyovun "Sevgili Canan", "Vətənimdir", "Nə gözəldir Azərbaycan", Fleytada "Laçın" xalq mahnıları səsləndirilib.
Sonda "Yallı" rəqsi nümayiş olunub.