Sumqayıt məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu barədə 2 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbir xor kollektivinin ifası ilə başlayıb. Daha sonra məktəbin mədəni həyatında fəal iştirakına görə və təhsil ocağının 40 illik yubileyi münasibətilə bir qrup müəllim Fəxri fərmanla təltif edilib. Yığıncağın davamında məktəblilərin ifaları səslənib. Sonda təhsil müəssisəsinin direktoru İradə Nəsirli gələn qonaqları bayram münasibətilə təbrik edib.