Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Bu barədə məlumat nazirliyin “112" qaynar xəttinə daxil olub. Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri qapını açıb, nəzarətsiz qalmış uşağa müvafiq köməklik göstəriblər.