Saray qəsəbəsində uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 7 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yetişiblər. Onlar giriş qapısını açaraq, nəzarətsiz qalmış uşağı xilas ediblər.