Sumqayıt şəhərində yerləşən daha bir uşaq meydançası baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 21 iyul tarixində Sumqayıt24 xəbər verir.
Budəfəki yararsız vəziyyətdə olan meydança 17-ci mikrorayonda yerləşir (Olimpiya İdman Kompleksinin yaxınlığı). Burada yelləncəklərdən ancaq dəmir konstruksiya qalıb, digər oyun qurğusu isə sınıb.
“Sürüşkənin bu halda qalması çox təhlükəlidir. Bundan əlavə, bu ərazidə təhlükə yaşadan daha bir problem var. Meydançanın yaxınlığında elektrik dirəklərinin naqilləri açıq vəziyyətdədir”, - deyə sakin bildirib.[modula id="18781"]