Sumqayıt şəhəri Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Yeni Azərbaycan Partiyası tərəfindən təltif edilib. Sumqayıt24 bu haqda məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
Beləliklə, kamança müəllimi olan Bənövşə İbrahimova 65 illik yubileyi münasibətilə partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tərəfindən Fəxri fərmana layiq görülüb.