Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Bu haqda bu gün, 15 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Konsert Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində təşkil edilib. Tədbirdə fortepiano şöbəsinin beynəlxalq və respublika müsabiqələrində yüksək nailiyyətlər əldə edən şagirdlər iştirak edib. Onlar Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.
Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva və kollecin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva tədbirdə qonaq qismində iştirak ediblər.