Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində ustad dərsi keçirilib. Bu haqda 11 mart tarixində Sumqayıt24 adıçəkilən məktəbə istinadən xəbər verir.
Ustad dərsi təhsil oçağının direktorunun, fortepiano və nəzəriyyə şöbəsinin müəllimlərinin iştirakı ilə baş tutub. Nəzəriyyə müəllimi Səbinə Maşayeva irihəcimli əsər olan sonata forması haqqında geniş məlumat verib və hər bir hissənin təhlilini iştirakçıların nəzərinə çatdırıb.