Sumqayıt Tibb Mərkəzi (STM) təlimlərə start verib. Bu barədə 22 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
İlk təlim Uşaq xəstəxanasında keçirilib. STM-in Keyfiyyətə nəzarət şöbəsinin müdiri Dünya Hüseynova "Ümumi standart 3. Müayinə nümunələrinin toplanması və daşınması qaydaları" mövzusunda təqdimatla çıxış edib.
O vurğulayıb ki, böyük tibb bacıları nümunəalmanı prosedura uyğun həyata keçirməlidirlər. Pasiyentlə işləyən tibb bacılarının təlimatlandırılmasına da onlar cavabdehlik daşıyırlar.
Qarşılıqlı fikir mübadiləsindən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.