Sumqayıtda maarifləndirici seminar keçirilib. Bu haqda bu gün, 23 iyun tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
“Dəmir defisitli anemiyalar müalicəsində yeni yanaşmalar” mövzusunda təqdimat Uşaq Xəstəxanasında təşkil edilib. Seminarda hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə çıxış edib.
Görüşün sonunda həkimləri maraqlandıran suallar cavablandırılıb.