Sumqayıtda 2 azyaşlı köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 24 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün gecə saatlarında baş verib. "112" qaynar xəttinə daxil olan məlumatdan sonra çağırış ünvanına xilasetmə qüvvələri cəlb ediliblər. Nəticədə mənzilin giriş qapısı açılıb və nəzarətsiz qalmış uşaqların təhlükəsizliyi təmin olunub.