Sumqayıtda uşaqlar üçün “Balıqçı pişik” tamaşası nümayiş olunacaq. Sumqayıt24 bu haqda teatrın rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
“Günəşim” kukla teatrının səhnəsində tamaşa 17 aprel saat 11:00-da azərbaycan dilində, 13:00-da isə rus dilində təqdim olunacaq.
Qeyd edək ki, “Günəşim” kukla teatrı Gənclər evində (5-ci mikrorayon, 15 nömrəli məkrəbin arxa tərəfi) yerləşir. Əlaqə nömrəsi: (077) 767-12-72.