Sumqayıtda uşaqlar üçün "İlk dəfə kitabxanada" adlı ekskursiya təşkil olunub. Sumqayıt24 bu barədə 17 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
"Kids Mirror" tədris mərkəzinin kiçik yaş qrupunun şagirdləri S. Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsində olublar. Burada onlar kitabxananın əməkdaşları tərəfindən müxtəlif kitablar haqda verilən məlumatları diqqətlə dinləyiblər.