Sumqayıtda bir neçə məkanda nağıl saatı keçirilib. Bu barədə 29 avqust tarixində Sumqayıt24 xəbər verir.
Mütaliəni sevdirmək məqsədi daşıyan tədbirlərdən biri Nizami Gəncəvi adına Kitabxana klubunda, digəri isə 58 nömrəli uşaq bağçasında təşkil olunub. Uşaqlar yeni kitablarla tanış olduqdan sonra “Nənəmin nağılı", “Ayının nağılı", “Qarışqa və göyərçin", “Lovğa xoruz", “Dovşan-oğlan”, “Süleyman şah və qarışqa”, “Boz pişik və qara pişik” nağıllarını dinləyiblər.