Sumqayıtda uşaqlar üçün səhərcik keçirilib. Sumqayıt24 bu haqda 6 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
“Xoş nağıllarla şən saatlar” adlı səhərcik mərkəzi uşaq kitabxanasının əməkdaşları tərəfindən 71 nömrəli “Heyran” körpələr evi-uşaq bağçasında təşkil olunub.
Şənlik zamanı əməkdaşlar müxtəlif maraqlı kitablar oxuyub, daha sonra uşaqlar kloun kostyumlarında rəqs edib və əyləniblər.