Sumqayıtda şəhid və qazi övladları üçün tədbir keçirilib. Bu haqda bu gün, 31 may tarixində Sumqayıt24 xəbər verir.
Məluamata əsasən, 1 İyun Uşaqların Beynəlхalq Müdafiəsi Gününə həsr olunmuş tədbir "Sumqayıt" FK, "Azəri Express" MMC və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirə 31 nömrəli məktəbin ibtidai sinif müəllimi Arzu İmanova 4a sinfi ilə birlikdə qatılıb. Sonda iştirakçılar diplomla təltif ediliblər.