Sumqayıt şəhərində ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək. Bu haqda bu gün, 26 may tarixində Vəkillər Kollegiyasına istinadən xəbər veririk.
Məlumata əsasən, aksiya “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil olunacaq. Tədbir çərçivəsində Sumqayıtda yerləşən uşaq evləri və internat məktəblərində pulsuz hüquqi yardım aksiyaları keçiriləcək.
Xeyriyyə tədbirində iştirak etmək istəyən vəkillər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:
https://forms.gle/vPYS7jDvyuVwYJhC7
Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva ( (012) 594-99-85, (050) 340-09-81).