Bu gün, Vətən müharibəsi şəhidi İzzət Həmidovun mövlud günüdür. O, 28 fevral 2000-ci ildə anadan olub.
İzzət Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. O, ailənin birinci oğlu idi. İzzət 9 oktyabr 2020-ci il tarixində Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, "Azərbaycan Bayrağı" və "Vətən uğrunda" ordenləri ilə təltif edilib.