Sumqayıtda daha bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk.
Nazirliyin “112” qaynar xəttinə bu barədə daxil olan məlumata əsasən, xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Onlar, evin giriş qapısını açıb, halsız vəziyyətdə aşkar etdikləri vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.