Sumqayıtda tanınmış şair Emin Pirinin iştirakı ilə "Vətən Sevgisinin Qələbəsi" adlı dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda bu gün, 21 aprel tarixində Dövlət Peşə Təhsil Mərkəzinə (DPTM) istinadən xəbər verir.
Məlumata əsasən, "Kompüter operatoru" ixtisası üzrə təhsil alan tələbələrin Vətən müharibəsi iştirakçısı, prezident təqaüdçüsü Emin Piri haqqında hazırladıqları video təqdimat nümayiş olunub. Tədbir zamanı DPTM-in tələbələri şairin şeirlərindən ibarət kompozisiyanı təqdim ediblər.
Sonda şair gəncləri maraqlandıran sualları cavablandırıb.