Bu gün Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin doğum günüdür. O, 1985-ci ildə dünyaya gəlib. Bu haqda Sumqayıt24 xəbər verir.
2016-cı ilin aprel döyüşlərində savaşan baş gizir Niftəliyev, 2020-ci ildə başlayan Vətən müharibəsinə də qatılır. O Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Mehrab Niftəliyev göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin 3 övladı Vətənə əmanət qalıb.