Vətən müharibəsi iştirakçısı Yeni Azərbaycan Partiyasına qoşulmaq üçün müraciət edib. Bu barədə 25 avqust tarixində YAP şəhər təşkilatına istinadən məlumat veririk.
Qazi Cahangir Dadaşov partiyaya üzv olmaq üçün YAP şəhər təşkilatına müraciət edib. Dadaşov “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə, həmçinin Füzuli, Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.